“Heyranlığımı gizlədə bilmirəm”

“Heyranlığımı gizlədə bilmirəm”
  01 Mart 2013    Oxunub:1385
Bakının mərkəzində gəzəndə bütün gördüklərindən heyrətə gəlirsən
“Mən Naxçıvana səfərimin zəngin təəssüratı altındayam. Burada bizi Ali Məclisin sədri Vasif Talıbov sevinclə qarşıladı. Demək istərdim ki, Naxçıvan haqqında çox eşitmişdim, amma gördüklərim eşitdiklərimdən qat-qat üstündür”.

Azvision.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili AzərTAc-a müsahibəsində deyib.Saakaşvili vurğulayıb ki, Naxçıvanda həm Heydər Əliyevin, həm Prezident İlham Əliyevin dəst-xətti çox aydın görünür: “Həm də mənim gördüyüm bütün müəssisələrdə, universitetdə, baxdığım yerli infrastrukturlarda azərbaycanlıların öz torpaqlarını nə qədər sevdikləri, zəhmətkeş, Vətənlərinin hər qarışına nə qədər qayğı göstərdikləri, onu nə qədər inkişaf etdirmək istədikləri çox aydın müşahidə olunur.
Mən Naxçıvan Universitetində oxuyan gürcü tələbələrlə söhbət etdim. Onlar həddindən artıq razıdırlar. Azərbaycan ali təhsil müəssisəsində azərbaycanlı müəllimlərin, tələbə dostlarının onlar üçün yaratdıqları şəraitdən heyran qalıblar. Hörmətli Vasif Talıbovun təşəbbüsü ilə bir neçə aydan bir astma xəstəliyindən əziyyət çəkən uşaqları buraya gətirirlər, onlar yerli kurort şəraitində müalicə olunurlar, bu, isə onlar üçün çox vacibdir.
Mən heyranlığımı gizlədə bilmirəm. Dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakının mərkəzində gəzəndə bütün gördüklərindən heyrətə gəlirsən. Düşünmək olar ki, Bakı paytaxt şəhəridir və ona görə buraya yüksək diqqət yetirirlər. Lakin əgər möhtəşəm, əzəmətli Bakıdan başqa həqiqətən digər yerləri görmək istəyirsənsə, onda Naxçıvana da gəlmək lazımdır. Burada hər bir yeni müəssisəyə, hər yeni binaya insanların ürəyinin zərrəsi qoyulub.

Gürcüstan üçün Azərbaycan mühüm müttəfiqdir. Ona görə ki, heç bir dövlət Gürcüstan üçün Azərbaycan qədər iş görməyib, dünyanın heç bir lideri son illər ərzində İlham Əliyev qədər iş görməyib. Düşünürəm ki, biz bunu göz bəbəyimiz kimi qorumalıyıq.

Mən Naxçıvana bu səfərimi ömrüm boyu yadda saxlayacağam. Ona görə ki, çox böyük təəssürat aldım, çox böyük sevinclə qarşılandım. Mən yerli insanlara xoşbəxt gələcək arzulamaq istəyirəm”.


Teqlər:  





Xəbər lenti