Metroda problem yaranıb
Bakı Metropolitenində verilən açıqlamada qatarlarda gecikmənin olduğunu təsdiqləyiblər. Metropolitenin baş mühəndisi Etibar İsayev qeyd edib ki, gecikməyə səbəb qatarların birində yaranmış nasazlıq olub: «Qatarda nasazlıq olub və aşağı sürətlə hərəkət etdiyinə görə 8 dəqiqə gecikib. Artıq nasazlıq aradan qaldırılıb, amma qatarlar müəyyən gecikmə ilə hərəkət edirlər, tədricən bu da aradan qaldırılacaq».
Teqlər: