Hacıbala Abutalıbovun oğlu uduzdu

Hacıbala Abutalıbovun oğlu uduzdu
  27 Fevral 2013    Oxunub:1474
Qərar sahibkar üçün gözlənilməz olub.
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Sevil Alıyevanın sədrliyi ilə iş adamı Maqsud Mahmudovla Bakı meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun sahibi olduğu “Müstəqil Spektr” MMC arasındakı məhkəmə prosesi sona çatıb.
MMC Nazim Hikmət - 25 ünvanında yerləşən möhürlənmiş ofisinin açılması və bağlı qaldığı hər aya görə M.Mahmudovdan 800 manat kompensasiya ödənməsi iddiası ilə məhkəmədə vəsatət qaldırsa da MMC-nin iddiası təmin edilməyib. Hakim proses bitməyincə ofisin qapalı qalmasına qərar verib.



Teqlər:  





Xəbər lenti