Nazirdən tanınmış rəssama mükafat

Nazirdən tanınmış rəssama mükafat
  13 Fevral 2015    Oxunub:1733
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən il dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş görkəmli rəssam Rafiq Əzizova mükafatı təqdim edib.

AzVision.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Rafiq Əzizov İstanbul Yeditəpə Universitetində müəllim heyətinin üzvü vəzifəsində çalışır. 1983-cü ildən bəri Türkiyədə və xarici ölkələrdə 30-a qədər fərdi sərgi açıb, 50 qarışıq sərgidə iştirak edib və əsərləri hərracda satılıb.

Onun Türkiyənin dövlət muzeylərində 155 ədəd tarixi mövzuda yağlı boya əsərləri var.

Qeyd edək ki, görkəmli rəssam Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvüdür.


Teqlər:





Xəbər lenti