Taksilər üçün fərqləndirici nişan və fənərin forması açıqlanıb

   Taksilər üçün fərqləndirici nişan və fənərin forması açıqlanıb
  28 Mart 2024    Oxunub:742
Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin fərqləndirici nişanının və taksi fənərinin forması müəyyənləşdirilib.
AzVision.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.

Qərara əsasən, taksilərin üzərində sarı-qara və ağ-qara damalı zolaq, həmçinin qara hərflərlə "taksi" sözü yazılmış fənər quraşdırılacaq.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   taksi  





Xəbər lenti