Putin "Krokus"un bərpası qərarına təsir edəcək?

Putin "Krokus"un bərpası qərarına təsir edəcək?
  28 Mart 2024    Oxunub:649
Rusiya prezidenti Vladimir Putinin “Crocus City Hall” konsert zalının bərpası ilə bağlı qərara təsir edib-etməyəcəyini söyləmək hələ tezdir.
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Ağalarovlar terror qurbanlarına yardım üçün 100 mln. rubl ayırıblar
“İndi bu məsələ ictimaiyyətin gündəmində deyil. İstintaqın aktiv mərhələsi davam edir. Bu barədə danışmaq və mövqe bildirmək hələ tezdir”, - o, prezidentin məsələnin həllində rolu olub-olmayacağı sualına cavab verərkən deyib.

Xatırladaq ki, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Rossiya-24” telekanalına açıqlamasında yeni konsert zalının tikintisi təkliflərindən danışıb. O, deyib ki, “Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar olmasa da, onun sahibi Rusiya hakimiyyəti və ictimaiyyətinin rəyini rəhbər tutur.
Emin Ağalarov həmçinin qeyd edib ki, hazırda belə bir konsert zalının yenidən tikilməsi ən azı 150 milyon dollara başa gələcək. Sığorta isə dəyən zərərin yalnız 1/40 hissəsini ödəyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Kreml  





Xəbər lenti