“Tesla” İtaliyada zavod açmaq istəyir

“Tesla” İtaliyada zavod açmaq istəyir
  27 Mart 2024    Oxunub:764
Elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla” İtaliyada müəssisə açmaq üçün Roma ilə danışıqlar aparır.
“Tesla” kompaniyasının əsas məqsədi ölkənin cənubunda elektrik enerjisi ilə işləyən yük maşınları və furqonlar istehsal etməkdir. Bir neçə aydır ki, bu məqsədlə İtaliyanın müvafiq nazirliyi ilə danışıqlar aparılır.

İlin əvvəlində italiyalı nazir Adolfo Urso milli avtomobil sənayesini qorumaq üçün yerli istehsalın 1,3 milyon ədədə çatdırılmalı olduğunu bildirib. İtaliya mediası, həmçinin ölkənin Çin avtomobil istehsalçıları - “BYD”, “Great Wall Motors” və “Chery Automobile” kompaniyaları ilə ölkədə müəssisələr açmaq barədə müzakirələr apardığını qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti