Bakıda zəncirvari qəza baş verib: 1 yaralı

   Bakıda zəncirvari qəza baş verib:    1 yaralı
  25 Mart 2024    Oxunub:1072
Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, qəza Fətəli xan Xoyski ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

"Toyota Prius", "Chevrolet" və 67 nömrəli marşrut avtobusu toqquşub. Bir nəfər yüngül xəsarət alıb.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.

AzVision.az


Teqlər: hadisə   qəza  





Xəbər lenti