BMTM işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb

   BMTM işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb
  18 Mart 2024    Oxunub:636
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, işçilərin say həddi 20-dən 32-yə yüksəldilib. Əməkhaqqı fondunun məbləği isə 38 547 manatdan 53 min 365 manata qaldırılıb.

Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   BMTM  





Xəbər lenti