NATO-nun baş katibi: "Gürcüstan alyans üçün çox önəmlidir"

   NATO-nun baş katibi:    "Gürcüstan alyans üçün çox önəmlidir"
  18 Mart 2024    Oxunub:650
Gürcüstan Şimali Atlantika Alyansı üçün çox önəmlidir.
AzVision.az xəbər verir ki, bunu Tbilisidə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, bir neçə gün əvvəl Türkiyənin hərbi freqatı Batumidə olub və gürcü tərəfdaşları ilə görüşüb.

“Bu, bizim regionda necə əməkdaşlıq etdiyimizə, imkanları paylaşdığımıza və potensialı gücləndirdiyimizə bir nümunədir. Bu, Gürcüstanın NATO üçün nə qədər vacib olduğunu sübut edir”, - baş katib bloka bildirib.

O qeyd edib ki, bu cür əməkdaşlıq daha güclü demokratik proseslərin, o cümlədən inteqrasiyanın təmin edilməsi üçün həyata keçirilir: "Gürcüstanın namizəd statusu “rifah arzusunu və bu istiqamətdə ruhu gücləndirəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti