Bayden Trampı Putinə pərəstiş etməkdə günahlandırıb

   Bayden Trampı Putinə pərəstiş etməkdə günahlandırıb
  18 Mart 2024    Oxunub:595
Amerika lideri Co Bayden sələfi Donald Trampı və rusiyalı həmkarı Vladimir Putini yenidən tənqid edib.
AzVision.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərini "Associated Press"yayıb.

Bayden 2020-ci il seçkilərində Trampın səslərin oğurlandığına dair iddialarını rədd edib və bildirib ki, dünya demokratiya üçün unikal tarixi məqamını yaşayır.

“Demokratiya və azadlıq sözün əsl mənasında hücuma məruz qalır. Putin bütün Avropanı gəzir. Mənim sələfim ona baş əyərək deyir: “Lənətə gəlsin, nə istəyirsən et”.

Eyni zamanda ABŞ prezidenti söz verib ki, nə özü, nə də avropalı siyasətçilər Putin qarşısında əyilməyəcəklər.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl Avropanın Ukraynaya yardıma ABŞ qədər pul xərcləməli olduğunu demişdi. Siyasətçi Vaşinqtonun Kiyevə avropalılardan 100 milyard dollar çox vəsait ayırmasını ədalətsizlik adlandırıb. Bu barədə daha çox materialımızda oxuyun.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti