Putin prezident seçkilərində liderdir

 Putin prezident seçkilərində liderdir
  17 Mart 2024    Oxunub:1067
Valdimir Putin Rusiyada keçirilən prezident seçkilərində səslərin sayına görə liderlik edir. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, 87,97 faiz səslə rəqiblərini geridə qoyub.
Bildirilib ki, Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 3,8 faiz, “Yeni insanlar” partiyasından Vladislav Davankov 3,73 faiz, LDPR-dən Leonid Slutski isə 2,96 faiz səs toplayıb.

Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün ərzində keçirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti