Unutqanlıq yüksək intellektin əlamətidir

Unutqanlıq yüksək intellektin əlamətidir
  28 Fevral 2024    Oxunub:650
Unutqanlığın yüksək intellektin əlaməti ola biləcəyi ortaya çıxıb. Bəs unutqanlıq nə vaxt təhlükəlidir?
AzVision.az xəbər verir ki, bununla bağlı Toronto Universiteti tərəfindən araşdırma aparılıb.

Araşdırmaya görə, beyin köhnə olan hər şeyi unudur və bununla da yeni məlumatlara yer ayırır. Universitetin professoru Blake Richland tərəfindən nəşr olunan araşdırmaya görə, güclü yaddaşa sahib olmaq son dərəcə şişirdilmiş bir iddiadır və unutqanlığın filmlərdə əks olunduğu kimi zehni gerilik və ya Alzheimer ilə heç bir əlaqəsi yoxdur. Unutqanlıq zəkaya fayda verə bilər.

Araşdırmanın nəticələri göstərir ki, yaxşı yaddaşı olan insanlar lazımsız detalları xatırlamaya bilərlər. Məsələn, həftələr əvvəl getdiyiniz bir restoranda yediyiniz yeməyin adını və ya ora getdiyiniz zaman nə geyindiyinizi unutmusunuzsa, bunun səbəbi beyninizin bu məlumatı lazımsız hesab etməsidir. Tədqiqat iddia edir ki, təfərrüatları unutmaq sağlam yaddaş sisteminin tam və nəzərdə tutulduğu kimi işləməsinin əlamətidir.

AzVision.az


Teqlər:





Xəbər lenti