Tarixdə ilk: Lotoreya qalibi 36 milyon dollarını itirdi

      Tarixdə ilk:    Lotoreya qalibi 36 milyon dollarını itirdi
  21 Fevral 2024    Oxunub:1346
ABŞ-da lotereya qalibi öz uduşunu götürməyib və 36 milyon dollardan məhrum olub.
AzVision.az xəbər verir ki, bu barədə "Business Insider" yazıb.

Lotereya təşkilatçılarının verdiyi məlumata görə, qalib onlarla əlaqə saxlamadığı üçün tirajın nəticələrini ləğv etməli olublar. "Bu, tarixdə ilk belə haldır. Bundan sonra qalib peyda olsa belə o artıq milyonlarından məhrum edilmiş olacaq. Çünki qaydalar belədir"..

Qeyd edilib ki, 36 milyon dollarlıq uduşlu bilet 2023-cü ilin avqustunda Ceksonvil şəhərində alınıb. Cekpotun təxminən 80 faizi xeyriyyəçiliyə, qalanı isə digər mükafat fondları arasında bölüşdürüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti