"Üçtərəfli bəyannaməni Ermənistan və Rusiya birlikdə pozurlar"

 "Üçtərəfli bəyannaməni Ermənistan və Rusiya birlikdə pozurlar"
  11 İyul 2023    Oxunub:1546
Ermənistanın Xarici İşlər nazirinin müavini Vaqe Gevorkyan Moskvada Rusiyanın Xarici İşlər nazirinin MDB məsələləri üzrə müavini Mixail Qaluzinlə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin vəziyyətini müzakirə edib. Beləliklə, Rusiya sağlam məntiqlə anlaşıla bilməyən daha bir addım atıb.
Rəsmi Moskva Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan edib. Belə olan halda Azərbaycan ərazisində baş verənləri Rusiyanın digər dövlətlə, Ermənistanla müzakirə etməsi heç cür anlaşılan deyil. Bunun üçün ən azı Azərbaycandan icazə alınmalı idi, lakin belə bir məlumat yoxdur.

Qarabağ erməniləri 44 günlük müharibədən sonra Azərbaycan ərazisini tamamilə tərk etmişdilər. Lakin onlara vədlər verən Rusiya Qarabağ ermənilərini yenidən bizim ərazilərə qaytardı. Hətta gəlmək istəməyən erməniləri də zorla geri qaytardı. Həmin vaxt dövrü mətbuatda gedən yazılar bunu aydın şəkildə göstərirdi. Yeri gəlmişkən, bir müddət əvvəl qondarma qurumun “rəhbəri” Araik Arutyunyan da bunu təsdiqlədi.

Yalnız həmin ermənilərlə kifayətlənməyən Rusiya müəyyən qədər öz vətəndaşlarını da Qarabağa göndərərək, onların orada uzun müddətli yerləşməsi üçün pravoslav kilsəsinin və Rusiya Mədəniyyət evinin tikintisinə şərait yaratdı və maliyyə vəsaiti də ayırdı.
Sonradan Rusiyanın mühafizə orqanlarının təmsilçilərinin də Qarabağda ayrı kateqoriyada olması ilə bağlı məlumatlar yayıldı.

Amma Ermənistandan Qarabağ ermənilərini gətirən Rusiya bu günədək Qarabağdan olan, oradan qovulmuş bir azərbaycanlının belə geri qayıtmasına şərait yaratmayıb.
Moskva nəinki buna kömək etməyib, əksinə bu istiqamətdə müəyyən addımlar atmaq istəyən ABŞ-nin atmaq istədiyi addımı da əngəlləyib. ABŞ Qarabağ azərbaycanlıları ilə ermənilərinin dialoqunu qurmağa başlayan kimi Rusiya buna imkan vermədi da.

Belədə, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannamənin kimlərin pozması tam şəkildə aydınlaşır.

I. Rusiya öz vətəndaşlarını, Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş erməniləri zorla ora qaytarmaqla Üçtərəfli byannaməni ilk olaraq pozub.

II. Qarabağ ərazisində olan hərbi birləşmələrini çıxarmayan Ermənistanın hərəkətinə Rusiya göz yumdu. İrəvanın bəhanəsi budur ki, Qarabağda erməni ordusu yoxdur, sadəcə bölgənin müdafiə ordusudur. Haslbuki Rusiyanın hərbi qüvvə kim ora yerləşdirdiyi sülhməramlılar kontekstində orada heç bir ordu olmamalıdır.


Amma Moskva seçim etməlidir: ya Rusiya sülhməramlıları, ya da erməni hərbi quldurları o ərazidə qalmalıdır. Əgər Rusiya bu günə qədər bu seçimi etməyibsə, demək Moskvanın Qarabağda hərbi mövcudluq baxımından uzağa gedən planları var.

Bu baxımdan digər Qərb dövlətlərinin vəziyyəti dəqiq qiymətləndirməsi, erməni yalanlarının ab-havasından çıxması hədsiz dərəcədə vacibdir.

Vaxtilə Qarabağ ermənilərini indiki əraziyə çar Rusiyası məhz bu məqsəd üçün gətirmişdi: “Torpaq sizindir. Çar imperiyasını qoruyun”. Həmin məqsədlə də indi də burada onları möhkəmləndirir .

Çox vacib istiqamətlərdən biri Rusiyanın Qarabağ ermənilərinin yaydığı hay-küyün yalan olduğunu bildiyi halda təkzib verməməsidir.

Belə ki, Rusiya sülhməramlılarının gözünün qabağında ermənilərin dediyi kimi 120 min adamı “soyqırım”a məruz qoymaq mümkün deyil. Burada artıq rusiyalı sülhməramlılar da baş verən hərbi əməliyyatdan zərər görəcək. Tələf olanları ola bilər, sayı çox da ola bilər. Amma Rusiya tam əmindir ki, Azərbaycanın Qarabağda “soyqırım” törətmək niyyəti yoxdur. Rusiya niyə görə Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzini ermənilərə göstərmir. Erməniləri başa sala bilər ki, bu mümkün deyil. Əksinə, Rusiya sülhməramlılarının komandanı Lentsov Nikol Paşinyanın mövqeyində olan bir az yumşalmanı sərt şəkildə ermənilərə irad tutur.

Digər tərəfdən, Rusiya sülhməramlıları öz yüklərini Ağdam-Xankəndi yolu ilə daşıya bilərlər. Bir-iki belə logistik əməliyyatdan sonra Qarabağ ermənilərini də özlərinə lazım olanlar bu yolla daşınacaq. İndi Azərbaycan Bakı-Ağdam-Xankəndi yolunu və Rusiya-Türkiyə monitorinq mərkəzindən istifadəni göstərib. Rusiya sülhməramlıları bu varantlardan istfadə etmədiyi üçün Qarabağ erməniləri də başa düşür ki, hələlik buna getmək lazım deyil. İstuisna deyil ki, 110 il bundan əvvəl Osmanlı imperiyasında erməniləri türklərin üstünə qaldıran çar Rusiyası kimi, indiki Rusiyaya da yeni “erməni soyqırımı” lazımdır. Çünki Ermənistana və Rusiyaya Qarabağın torpağı lazımdır və bunun üçün 120 min yox, hətta 220 min də erməninin ölməsi də onlar üçün heç nədir. Çünki hərbi düşüncənin akim kəsildiyi yerdə insan ölümü boş və mənasız bir şeydir.

Əgər Moskvanın belə planları yoxdursa Rusiya ciddi addımlar atmalı, Üçtərəfli bəyannaməyə əməl etməli, gətirdiyi destruktiv mövqeli erməniləri geri qaytarmalı, Ermənistanın hərbi qüvvələrini həmin ərazilərdən çıxarmalıdır. Rusiya Qarabağ azərbaycanlılarını Qarabağa qaytararaq orada yerləşdirməlidir. Əgər bunu etmirsə Rusiya sülhməramlılarının niyyəti tamamilə başqadır və onda Azərbaycan da Rusiyanın səmimi olmaması nəticəsini çıxara bilər. Azərbaycanın ərazi bütövlüyünə, dövlət suverenliyinə Rusiyanın səmimiyyəti yoxdursa, deməli Moskva 2022-ci ilin fevralın 22-də Azərbaycanla imzaladığı strateji müqaviləyə də şübhə ilə yanaşır. Rusiya yenidən erməniləri oyuna atmaq, Azərbaycana qarşı istifadə etmək niyyətindədirsə Üçtərəfli bəyannamə ilə yanaşı həmin müqavilənin də legitimliyi müzakirə obyektinə çevrilməlidir.

Ankara ilə Moskva arasında müəyyən anlaşılmazlıqların meydana çıxması fonunda kifayət qədər riskli vəziyyət yaranıb. Belə vəziyyətdə Azərbaycan üçün əsas məqam Rusiyanın bizimlə imzaladığı müqavilələrə səmimi yanaşmasıdır. Ona görə də, Ankara belə addım atdı və Azərbaycan da Ankaranın dalınca gedəcək və yaxud Türkiyə Ermənistana hücum edəcək kimi düşüncələrin heç bir əsası yoxdur. Rusiyanın belə fəndlərdən istifadə etmək sevdası tam cəfəng addım olacaq. Rusiya indiki riskli vəziyyətdə Qarabağla əlaqəli mövqeyinə yenidən baxmalı və onu beynəlxalq standartlara uyğunlaşdırmalıdır.

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya mərkəzinin rəhbəri
AzVision.az



Teqlər:





Xəbər lenti