Rusiyada son sutka ərzində 5 504 nəfər COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 051 874 nəfər təşkil edib.
Azvision.az xəbər verir ki, həmçinin koronavirus infeksiyası səbəbindən 102 nəfər dünyasını dəyişib və ölənlərin sayı 18 365 nəfərə çatıb. Eyni zamanda, ölkədə 868 107 nəfər COVID-19 xəstəliyindən sağalıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mart ayının 11-də yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.