Ağalar Vəliyev Sloveniyada səfərdə olub - FOTOLAR

Ağalar Vəliyev Sloveniyada səfərdə olub -    FOTOLAR
  08 May 2024    Oxunub:750
Milli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Sloveniyada səfərdə olub.
AzVision.az xəbər verir ki, anım tədbirlərinin keçirildiyi Nova Qoritsa şəhərinə gələn Ağalar Vəliyev burada şəhərin meri Samo Turellə görüşüb. Görüşdə Sloveniya ilə Azərbaycan arasında mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Deputat Ağalar Vəliyev Nova Qoritsa şəhərində hər il ənənəvi olaraq keçirilən əfsanəvi partizan Mehdi Hüseynzadənin anım tədbirlərinə qatılıb.

Anım tədbirlərində Mehdi Hüseynzadənin Nova Qoritsa şəhərinin Şempas qəsəbəsindəki abidəsi və xatirə muzeyi ziyarət olunub. Xatirə muzeyinin qarşısında keçirilən anım tədbirində deputat Ağalar Vəliyev çıxış edib. O, xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə göstərilən ehtirama görə Sloveniya xalqına və dövlətinə xüsusi təşəkkürünü bildirib, Sloveniyada faşizmə qarşı aparılan mübarizədə həlak olmuş əfsanəvi partizan Mixaylonun xatirəsinin həm Azərbaycanda, həm də Sloveniyada əziz tutulduğunu söyləyib.

Tədbir iştirakçıları həmçinin əfsanəvi partizanın həlak olduğu Vitovje kəndini, Çepovan qəsəbəsində məzarını ziyarət ediblər.

Mərasim mədəni proqramla davam etdirilib.

AzVision.az

Qalereya




Teqlər: Milli-Məclis   deputat   səfər   Sloveniya  





Xəbər lenti