Qazaxıstanda 256 yeni yoluxma faktı aşkarlandı

Qazaxıstanda 256 yeni yoluxma faktı aşkarlandı
  21 Avqust 2020    Oxunub:1778
Qazaxıstanda son sutka ərzində koronavirusa 256 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, kliniki göstəriciləri olmayan 103 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 104 071 yoluxma halı müəyyən edilib. İndiyədək 87 920 xəstə sağalıb, 1400-dən çox insan virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 21 264 nəfər virusa yoluxub, onlardan 243-ü vəfat edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti