Tixanovskayadan yeni aksiya çağırışı

Tixanovskayadan yeni aksiya çağırışı
  21 Avqust 2020    Oxunub:1878
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya işçiləri tətillərini davam etdirməyə və genişləndirməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə onun növbəti videomesajında deyilir.

“Xahiş edirəm tətilləri davam etdirin və genişləndirin. Hədə-qorxuya aldanmayın”, - Tixanovskaya deyib.

O, tətilləri hakimiyyətə qarşı təzyiq və təsirli vasitə adlandırıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb.

Daha sonra ölkənin ən böyük sənaye müəssisələrində tətil başlayıb, işçilər yeni seçkilər tələb edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarusda  





Xəbər lenti