Navalnını aparmaq üçün Almaniyadan təyyarə göndərildi

Navalnını aparmaq üçün Almaniyadan təyyarə göndərildi
  21 Avqust 2020    Oxunub:2761
Omskda reanimasiyada olan Rusiyanın müxalifət lideri Aleksey Navalnını Almaniyaya aparmaq üçün tibbi təyyarə Nürnberqdən yola düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Onun Berlindəki "Charite" klinikasında müalicə alacağı güman edilir.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya uçan təyyarədə olan Navalnının səhhəti pisləşib. Təyyarə təcili olaraq Omsk şəhərinə eniş edib. Onun zəhərləndiyi iddia olunur. Hazırda vəziyyəti ağır stabil hesab edilir.

Daha əvvəl Navalnının Tomsk hava limanındakı kafedə nəsə içməsini əks etdirən fotoları yayılıb. Hazırda kafe rəhbəri daxili araşdırmaya başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Omsk   Navalnı  





Xəbər lenti