Bayden prezidentliyə namizədliyini qəbul etdi

 Bayden prezidentliyə namizədliyini qəbul etdi
  21 Avqust 2020    Oxunub:2601
ABŞ prezidentliyinə Demokrat Partiyasının namizədi Co Bayden rəsmi olaraq prezidentliyə namizəd olmağa razılıq verib.
Azvision.az xəbər verir ki, bu barədə Bayden öz “Twitter” səhifəsində yayımlanan partiyanın virtual qurultayı zamanı bildirib.

O, prezidentliyə namizədliyini irəli sürmək təklifini "böyük bir şərəf" adlandırıb.

Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Keçmiş vitse-prezident Co Bayden seçkilərdə demokratları təmsil edəcək. Hazırkı Prezident Donald Tramp isə respublikaçıların namizədidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Seçki   Bayden  





Xəbər lenti