Məhərrəm ayı başlayıb

   Məhərrəm ayı başlayıb
  21 Avqust 2020    Oxunub:3625
Hicri təqvimi ilə avqustun 21-də Məhərrəm ayı başlayıb.
Azvision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bununla bağlı müraciətində Hicri-qəməri təqvimi ilə 1441-ci ilin başa çatdığı, 1442-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-nin Miladi təqvimlə 2020-ci il avqustun 21-nə təsadüf etdiyi bildirilib.

Qeyd olunub ki, Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqustun 30-na təsadüf edir.

Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdıqları şəraitdə artması ilə əlaqədardır.

Azvision.az


Teqlər: Məhərrəmlik  





Xəbər lenti