Dünyada bu günə olan yoluxma və ölüm sayı - STATİSTİKA

   Dünyada bu günə olan yoluxma və ölüm sayı -    STATİSTİKA
  21 Avqust 2020    Oxunub:3413
Dünyada koronavirus infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 22 milyon 735 min 569, pandemiya qurbanlarının sayı isə 793 min 962 nəfərə çatıb.

İndiyədək 15 milyon 413 min 134 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti