Ceyhun Bayramov Lavrovla bu məsələləri müzakirə edəcək

 Ceyhun Bayramov Lavrovla bu məsələləri müzakirə edəcək
  20 Avqust 2020    Oxunub:4441
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə avqustun 26-da Moskvaya rəsmi səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əməkdaşlığın geniş gündəliyi, eyni zamanda aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti