Belarus sərhədlərin mühafizəsini gücləndirdi

Belarus sərhədlərin mühafizəsini gücləndirdi
  20 Avqust 2020    Oxunub:3381
Belarus Qərb istiqamətində dövlət sərhədinin mühafizəsini gücləndirib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski deyib.

Onun sözlərinə görə, hazırda respublikadakı mövcud vəziyyətlə əlaqədar olaraq, sərhəd xidməti orqanları dövlət sərhədinin mühafizəsini gücləndirir. Əsas fəaliyyətlər Litva və Polşa ilə sərhəddə aparılır.

"Sərhəd patrullarının sayı artırılıb. Sərhəd zonasına və sərhəd zolağına gələn şəxslər və nəqliyyat vasitələrinə nəzarət gücləndirilib", - qurum rəsmisi bildirib.

Bundan əlavə, sərhədi keçənlər və nəqliyyat vasitələri buraxılış məntəqələrində intensiv yoxlanılır.

Xatırladaq ki, çərşənbə günü Belarus Sərhəd Komitəsinin sədri Anatoli Lappo dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi barədə göstəriş verib. Onun fikrincə, cinayətkar qruplar indi daha aktivləşə bilərlər və hər cür təxribat mümkündür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti