Belarus müxalifətindən geri addım - Koordinasiya Şurasını tərk etdilər

Belarus müxalifətindən geri addım -  Koordinasiya Şurasını tərk etdilər
  20 Avqust 2020    Oxunub:3461
Belarus müxalifətinin Koordinasiya Şurasının bəzi üzvləri bu qurumun qanunsuz hərəkətlərini anlayaraq onu tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə Belarusun Baş prokuroru Aleksandr Konyuk deyib.

Onun sözlərinə görə, qanunvericilik bu cür qurumların yaradılmasını nəzərdə tutmur, onların fəaliyyəti konstitusiyaya ziddir.

"Hərəkətlərinin qanunsuzluğunu dərk edən bir çox vətəndaş qurumun məqsədləri ilə razılaşmayaraq Koordinasiya Şurasından çıxıb. Belə bir qurumun yaradılması və fəaliyyəti dövlət hakimiyyətini ələ keçirmək, eyni zamanda Belarus Respublikasının təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır", - deyə Konyuk vurğulayıb.

Xatırladaq ki, Koordinasiya Şurasının yaradılmasına avqustun 14-də prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya təşəbbüs göstərib. O, MSK tərəfindən elan edilmiş səsvermənin nəticələrini tanımayıb. Həmin nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80,01%, Tixanovskaya isə 10,12% səs toplayıb.

Avqustun 11-nə keçən gecə Tixanovskaya Belarusu tərk edib və Litvaya gedib. Bundan əvvəl birləşmiş müxalifətin qərargahı bildirmişdi ki, məclisə 70 nəfər daxil olacaq və vəzifəsi hakimiyyətin təhvil verilməsini təmin etməkdir. Belarus müxalifətinin Koordinasiya Şurası yeddi üzvdən ibarət rəyasət heyətini seçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Müxalifət  





Xəbər lenti