İranda daha 139 nəfər koronavirusdan öldü

İranda daha 139 nəfər koronavirusdan öldü
  20 Avqust 2020    Oxunub:2610
İranda son sutka ərzində daha 139 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 20 264 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2279 nəfər artaraq 352 558-ə yüksəlib.

İndiyə qədər 304 236 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   virus  





Xəbər lenti