Kreml Belarus müxalifəti ilə danışıqlar aparır?

 Kreml Belarus müxalifəti ilə danışıqlar aparır?
  20 Avqust 2020    Oxunub:2895
Kreml Rusiya ilə Belarus müxalifəti arasında dialoqun daxili işlərə müdaxilə olacağını hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, müzakirə ölkə daxilində olmalıdır.

"Bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməkdən çəkinəcəyik. Bir daha təkrar edirəm, Belarus hakimiyyəti etiraz edənlərin nümayəndələri ilə dialoqla ölkənin problemlərini müəyyənləşdirməli və onları bildirməlidir. Biz bu etirazlara heç bir şəkildə, xüsusən də indi ən isti mərhələdə müdaxilə etməyəcəyik”, - deyə Peskov jurnalistlərə açıqlama verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti