Aleksey Navalnının vəziyyəti sabitləşib

 Aleksey Navalnının vəziyyəti sabitləşib
  20 Avqust 2020    Oxunub:3204
Xəstəxanaya yerləşdirilən rusiyalı bloger və müxalifət lideri Aleksey Navalnının səhhəti sabitləşib.
Azvision.az xəbər verir ki, bu barədə onun həkimi bildirib.

Həkimin sözlərinə görə, bu, ehtiyatlı proqnostik bir əlamətdir.

Xatırladaq ki, Tomskdan Moskvaya uçan təyyarə blogerin vəziyyəti pisləşdiyi üçün Omsk şəhərinə təcili eniş edib. O, 1 nömrəli təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.

Həkimlər müxalifət liderinin komada olduğunu bildirmişdilər. Navalnının mətbuat katibi Kira Yarmış isə onun zəhərlənməsi ehtimalını irəli sürmüşdü.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti