Türkiyədə bugünkü yoluxma və ölü sayı açıqlandı

Türkiyədə bugünkü yoluxma və ölü sayı açıqlandı
  19 Avqust 2020    Oxunub:3519
Türkiyədə son sutka ərzində 20 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1263 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6016, virusa yoluxanlar isə 251 min 805 nəfərə çatıb.

Türkiyədə indiyədək 232 min 913 pasiyent (son sutkada 942 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti