Tramp Mişel Obamanın tənqidlərinə cavab verdi

Tramp Mişel Obamanın tənqidlərinə cavab verdi
  18 Avqust 2020    Oxunub:2562
ABŞ Prezidenti Donald Tramp Barak Obamanın komandasını ölkə tarixində ən korrupsioner administrasiya adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Twitter" səhifəsində yazıb.

O, keçmiş prezidentin xanımı Mişel Obamanın tənqidlərinə cavab verərək deyib: "Obama və Bayden administrasiyası (ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden) mənim kampaniyamda casusluqda yaxalanmaq da daxil olmaqla tarixin ən korrupsioneri olub".

Tramp Obamanın rəhbərliyi altında baş verənləri xəyanət adlandırıb və səsləndirdiyi tənqidlərə görə Mişel Obamaya həm də təşəkkür edib.

Qeyd edək ki, keçmiş birinci xanım Mişel Obama Trampın ABŞ-a uyğun prezident olmadığını deyib. Onun fikrincə, Trampın hərəkətləri xaosa, fikir ayrılığına və şəfqətin tamamilə yox olmasına yol açır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti