Malidə qiyamçılar Baş Qərargahı ələ keçirdi

Malidə qiyamçılar Baş Qərargahı ələ keçirdi
  18 Avqust 2020    Oxunub:2712
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı qiyamçıların nəzarəti altındadır.
Azvision.az xəbər verir ki, bu barədə “Bamada” yerli xəbər portalı məlumat yayıb.

Bundan əvvəl bir sıra Qərb səfirlikləri paytaxt Bamako yaxınlığında yerləşən Kati bölgəsindəki hərbi bazada silahlıların qiyama qalxması barədə məlumat yayıb. Onların bir sıra nazirləri və yüksək rütbəli məmurları həbs etmələrinə dair xəbərlər var.

Xatırladaq ki, son zamanlar Mali kəskin daxili siyasi böhran vəziyyətindədir, müxalifət kompromis həll variantlarını rədd edərək ölkə prezidentinin istefasını tələb edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali  





Xəbər lenti