Putin və Makron arasında Belarus müzakirəsi

Putin və Makron arasında Belarus müzakirəsi
  18 Avqust 2020    Oxunub:2339
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Belarusdakı vəziyyəti müzakirə ediblər.

Putin söhbət zamanı Belarusun daxili işlərinə müdaxilənin və Minskə təzyiq göstərilməsinin yolverilməz olduğunu vurğulayıb.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

“Belarusdakı vəziyyətin gərginləşməsini müzakirə edərkən Vladimir Putin respublikanın daxili işlərinə müdaxilənin və Belarus rəhbərliyinə təzyiq göstərilməsinin yolverilməzliyini vurğulayıb. Hər iki tərəf yaranmış problemlərin tezliklə həll olunmasında maraqlı olduqlarını ifadə ediblər”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti