Rafiq Həririni “Hizbullah”ın öldürmədiyi təsdiqləndi

Rafiq Həririni “Hizbullah”ın öldürmədiyi təsdiqləndi
  18 Avqust 2020    Oxunub:2456
Niderlanddakı Xüsusi Tribunal Livanın sabiq Baş Naziri Rafiq Həririnin öldürülməsində “Hizbullah”ın iştirakına dair heç bir sübut tapmayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə tribunala sədrlik edən hakim Canet Nosvorsi bəyan edib.

Onun sözlərinə görə, Suriya hökumətinin də hadisəyə cəlb ediməsi barədə hər hansı dəlil yoxdur.

Məhkəmənin gəldiyi nəticəyə görə, terror aktını intiharçı törədib, amma onun şəxsiyyəti hələ də müəyyənləşdirilməyib.

Xatırladaq ki, 2005-ci ildə Beyrutda baş verən partlayışda Həriri ilə yanaşı daha 21 nəfər həlak olub. Sui-qəsdi törətməkdə həm Suriya, həm də "Hizbullah" təşkilatı günahlandırılırdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut  





Xəbər lenti