Livan Prezidenti istefa verməyəcəyini bəyan etdi

Livan Prezidenti istefa verməyəcəyini bəyan etdi
  18 Avqust 2020    Oxunub:2389
Livan Prezidenti Mişel Aun Beyrut limanında baş vermiş partlayışın araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasına qarşı çıxır, lakin xarici mütəxəssislərin prosesdə iştirak etməsinə razıdır.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İtaliya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə səbəbindən vaxtından əvvəl istefa vermək niyyətində deyil.

"Ölkə Konstitusiyası məhkəmə sistemimizin daxili problemləri araşdırmasını tələb edir. Bu, artıq polisimizə kömək edən fransız, amerikalı və digər araşdırmaçıların olmasını istisna etmir", - deyə Aun əlavə edib.

Prezident bildirib ki, bir çox livanlı şahid partlayışdan bir qədər əvvəl təyyarələri gördüklərini və ya səslərini eşitdiklərini söyləyirlər.

“Böyük etibar doğurmasalar belə, onları eşitmək lazımdır. Bir qəza kimi görünsə də, məni hər səsə qulaq asmamaqda günahlandırılmalarını istəmirəm”.

Livan Prezidenti partlayışın "Hizbullah" hərəkatına aid silah anbarında baş verməsi və bunun daha çox ammonium nitratın partlamasına səbəb olduğu nəzəriyyəsini qəti şəkildə rədd edib.

“Bu, mümkün deyil. "Hizbullah"ın limanda silah anbarlarının olmadığını bilirik. Ancaq bu iz də öyrəniləcək".

Prezident, həmçinin Livanda yeni seçkilərin bir il və ya altı ay ərzində keçirilə biləcəyini əlavə edərək, erkən istefasının mümkünlüyünü də istisna edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Livan  





Xəbər lenti