Ermənistanda COVID-19-dan ölüm sayı 832-yə çatdı

Ermənistanda COVID-19-dan ölüm sayı 832-yə çatdı
  18 Avqust 2020    Oxunub:1465
Ermənistanda son sutka ərzində daha 145 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 846 nəfərə çatıb.

Son sutkada 8 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 832 nəfər olub.

İndiyədək 34 982 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 245 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti