Koronavirusa yoluxanların sayı 22 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 22 milyonu keçdi
  18 Avqust 2020    Oxunub:5110
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 22 milyon nəfəri ötüb.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 22 milyon 52 min 763, pandemiya qurbanlarının sayı isə 777 min 470 nəfərə çatıb.

İndiyədək 14 milyon 795 min 803 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti