Tramp Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırdı

Tramp Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırdı
  18 Avqust 2020    Oxunub:2916
ABŞ lideri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "dünya səviyyəli şahmatçı" adlandırıb.
Azvision.az xəbər verir ki, Tramp bu barədə "Fox News"a müsahibəsində deyib.

“Biz çox ağıllı insanlarla işləyirik. Bəzi ölkələrdə qlobal miqyasda şahmatçı olan liderlər var. Məsələn, Türkiyə Prezidenti Ərdoğan. Bu çərçivədə, özünün harada olduğunu bilməyən və zirzəmidən çıxıb, danışa bilməyən bir prezidentiniz (Bayden) ola bilməz”, - deyə Tramp əlavə edib.

Ağ Ev rəhbəri Ərdoğanla çox yaxşı yola getdiyini vurğulayıb.

Onun sözlərinə görə, bir çox liderlər Türkiyə Prezidentinin onu dinlədiyini deyərək, Ərdoğana zəng etməsini xahiş edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Ərdoğan  





Xəbər lenti