Türkiyədə koronavirusa yoluxma sayı 250 mini keçdi

   Türkiyədə koronavirusa yoluxma sayı 250 mini keçdi
  18 Avqust 2020    Oxunub:2838
Türkiyədə son sutka ərzində 22 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1233 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 5996, virusa yoluxanlar isə 250 min 542 nəfərə çatıb.

Türkiyədə indiyədək 231 min 971 pasiyent (son sutkada 1002 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti