Türkiyə və Azərbaycanın dostluğu barədə film çəkiləcək

Türkiyə və Azərbaycanın dostluğu barədə film çəkiləcək
  17 Avqust 2020    Oxunub:6518
Türkiyə və Azərbaycanın müstəqillik savaşındakı həmrəyliyinə həsr edilmiş "Qızıl Qatar" (Altın Tren) filminin hazırlıqlarına başlanılıb.
Azvision.az xəbər verir ki, "Skala Yapım"ın ərsəyə gətirəcəyi film iki ölkə arasındakı əməkdaşlıq tarixini təqdim etmək və dostluğu möhkəmləndirmək məqsədi daşıyır.

Türkiyə - Azərbaycanın tərəfdaşlığı ilə bağlı filmin çəkilişlərinə 2021-ci ilin mart ayında start verilməsi planlaşdırılır.

Filmin 2022-ci ilin aprelində yayımlanacağı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Film  





Xəbər lenti