Qazaxıstan 10-dan çox ölkəyə uçuşları bərpa etdi

Qazaxıstan 10-dan çox ölkəyə uçuşları bərpa etdi
  17 Avqust 2020    Oxunub:3063
Qazaxıstan 10-dan çox ölkə ilə hava əlaqəsini bərpa edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həmin ölkələr 3 kateqoriyaya bölünüb.

Birinci kateqoriyaya Çin, Cənubi Koreya, Yaponiya, Gürcüstan, Tayland, Macarıstan, Hindistan, Almaniya, Çexiya, Malayziya, BƏƏ, Belarus, Türkiyə, Misir, Ukrayna, Hollandiya, Rusiya daxildir. Bu ölkələrdən gələnlər bədən temperaturları ölçülməklə və anketlər əsasında buraxılacaqlar.

İkinci kateqoriyaya Polşa, Özbəkistan, Tacikistan daxildir. Bu kateqoriyadan olan sərnişinlərin istiliyi yoxlanılacaq və sorğu-sual ediləcəklər. Bundan əlavə, COVID-19 ilə bağlı mənfi nəticəsi olanlar ərizənin alındığı vaxtdan 5 gün keçməmək şərti ilə Qazaxıstan sərhədində məhdudiyyətlə qarşılaşmayacaqlar.

Üçüncü kateqoriyaya aid ölkələrlə müntəzəm uçuşlar qadağandır. Onlarla yalnız çarter reysləri təşkil edilə bilər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti