ABŞ-da koronavirusa görə vəziyyət gərgin olaraq qalır

ABŞ-da koronavirusa görə vəziyyət gərgin olaraq qalır
  17 Avqust 2020    Oxunub:2836
ABŞ-da son sutka ərzində 42 048 nəfər koronavirus infeksiyasına yoluxub, 571 pasiyent ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin açıqlamasına görə, indiyədək ABŞ-da koronavirusa 5 404 115 yoluxma halı aşkarlanıb, 170 mindən çox xəstə ölüb. 1.8 milyondan çox insan infeksiyadan sağalıb.

Qeyd edək ki, bir gün əvvəl ABŞ-da 47 913 yoluxma qeydə alınıb, 1029 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti