Ərdoğan və Putin vacib məsələləri müzakirə etdi

 Ərdoğan və Putin vacib məsələləri müzakirə etdi
  17 Avqust 2020    Oxunub:2775
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan və Putin iki ölkə arasındakı əlaqələrin bir çox sahələrdə, xüsusən turizm, nəqliyyat, enerji və iqtisadiyyat sektorunda yaxşılaşdırılması istiqamətində addımları müzakirə ediblər.

Həmçinin, liderlər yeni növ koronavirus epidemiyasına qarşı birgə mübarizənin vacibliyini qiymətləndiriblər.

Şərqi Aralıq dənizi və Liviyadakı vəziyyətin müzakirə edildiyi telefon danışığında prezidentlər sıx əməkdaşlıq və dialoqun önəmini xüsusilə vurğulayıblar.

Bundan əlavə, tərəflər Suriyadakı vəziyyətlə əlaqədar Türkiyə və Rusiya arasındakı təmasları hərbi və diplomatik kanallarla davam etdirmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti