Hulusi Akar Baş Qərargah rəisi ilə Liviyaya getdi

Hulusi Akar Baş Qərargah rəisi ilə Liviyaya getdi
  17 Avqust 2020    Oxunub:2777
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi Yaşar Gülər ilə birlikdə Liviyanın paytaxtı Tripoliyə səfər edib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfərdə əsas məqsəd Təhlükəsizlik və Hərbi əməkdaşlıq üzrə anlaşma memorandumu çərçivəsində görülən işləri yerində araşdırmaqdır.

Liviyanın Mitiqa hava limanında qarşılanmadan sonra Akar və Gülər anlaşma çərçivəsində qurulan müdafiə, təhlükəsizlik və təlim yardım komandanlığına gediblər.

Pərvaanə Sultanova
Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti