Hindistanda 58 minə yaxın yeni yoluxma aşkarlandı

Hindistanda 58 minə yaxın yeni yoluxma aşkarlandı
  17 Avqust 2020    Oxunub:2409
Hindistanda son sutka ərzində 57 981 nəfər koronavirusa yoluxub, 941 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 2 647 663 nəfərə çatıb. İndiyədək 50 921 pasiyent pandemiyanın qurbanı olub, 1 919 842 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti