Belarusda saxlanılan etirazçılar sərbəst buraxıldı

 Belarusda saxlanılan etirazçılar sərbəst buraxıldı
  17 Avqust 2020    Oxunub:2732
Belarusda icazəsiz aksiyalarda iştiraka görə saxlanılan şəxslərin demək olar ki, hamısı sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Baş Prokurorluq Daxili İşlər Nazirliyi ilə birlikdə icazəsiz kütləvi aksiyalarda iştirak etdikləri üçün saxlanılan vətəndaşların sərbəst buraxılması ilə bağlı işlər həyata keçirib. Demək olar ki, bu şəxslərin hamısı sərbəst buraxılıb", - deyə rəsmi məlumatda bildirilib.

Bundan əlavə, prokurorluğun mətbuat xidməti inzibati həbs cəzası çəkənlərin siyahısını açıqlayıb. Bu siyahının yenilənəcəyi qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Aksiya  





Xəbər lenti