Somalidə hərbi bazada partlayış olub - Ölənlər var

Somalidə hərbi bazada partlayış olub -  Ölənlər var
  17 Avqust 2020    Oxunub:2666
Somalidə hərbi bazada partlayış törədilib.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi İsmayıl Muxtar Ömər jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Əş-Şabab" terrorçuları Bay bölgəsindəki hərbi bazada bomba quraşdırılmış avtomobili partladıblar. Partlayışdan sonra terrorçularla hərbçilər arasında atışma olub. Nəticədə 3 hərbi qulluqçu həyatını itirib.

Qeyd edək ki, bir gün əvvəl paytaxt Moqadişoda otelərdən birində baş verən partlayış 20 nəfərin ölümünə səbəb olub. Hadisəyə görə məsuliyyəti "Əş-Şabab" terror təşkilatı öz üzərinə götürüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Somali   partlayış  





Xəbər lenti