Avetisyan Paşinyanın siyasətinə qarşı çıxdı

Avetisyan Paşinyanın siyasətinə qarşı çıxdı
  17 Avqust 2020    Oxunub:2764
"Konstitusiya Məhkəməsinin hakimi seçilmək üçün razılığımı geri götürməklə bağlı Ermənistan parlamentinin spikerinə ərizə ilə müraciət etmişəm".
Azvision.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin hakim namizədi Vahram Avetisyan öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, dövlətin ən vacib vəzifələrindən biri cəmiyyətdə nüfuz sahibi olan, peşəkar hakimlər tərəfindən idarə olunan müstəqil, hesabatlı məhkəmə sisteminin formalaşdırılmasıdır.

Bu istiqamətdə öz töhfəsini vermək üçün Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyini irəli sürmək təklifini qəbul etdiyini deyən Avetisyan geri çəkilməsinin səbəbini də açıqlayıb.

"Ancaq “Mənim addımım” iqtidar blokunun deputatları ilə görüşdən və sonrakı müzakirələrdən məlum oldu ki, bəzi deputatların Konstitusiya Məhkəməsinin rolu, siyasiləşməməsi və müstəqilliyi ilə bağlı fikirləri mənim yanaşma və fikirlərimə uyğun deyil, bəzi hallarda hətta mənim üçün qəbuledilməzdir. Buna görə də Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçilməyimi məqsədəuyğun hesab etmirəm və namizəd olmaqla bağlı razılığımı geri götürürəm”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: KonstitusiyaMəhkəməsi   Ermənistan  





Xəbər lenti