Tokioda 27 nəfər günvurmadan ölüb

Tokioda 27 nəfər günvurmadan ölüb
  17 Avqust 2020    Oxunub:2956
Yaponiyanın paytaxtı Tokioda 27 nəfər günvurmadan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə NHK Tokio Sosial Təhlükəsizlik və İctimai Səhiyyə Bürosuna istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlər 50 yaşdan yuxarı olan şəxslərdir. Onlardan 26-sı evdə ölmüş vəziyyətdə tapılıb.

Ümumilikdə, ay ərzində Tokioda anomal istilər nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Həkimlər vətəndaşlara kondisionerdən istifadə etməyi və tez-tez su içməyi məsləhət görür.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tokio   isti  





Xəbər lenti