Belarusda “Vaqner”in döyüşçülərinə cinayət işi açıldı

Belarusda “Vaqner”in döyüşçülərinə cinayət işi açıldı
  30 İyul 2020    Oxunub:2036
Belarusda saxlanılan 30-dan çox rusiyalı döyüşçü ilə bağlı cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov deyib.

Onun sözlərinə görə, rusiyalı döyüşçülərə terror aktlarının hazırlanması üzrə cinayət işi açılıb və hazırda onlar ifadə verir.

Xatırladaq ki, dünən Belarus hüquq-mühafizə orqanları paytaxt Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Daha sonra onların Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləri olduğu açıqlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti